İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Özbəkistan Respublikasının energetika nazirinin birinci müavini Azim Axmedhacayevlə danışıqlar aparıb, tərəflər qarşılıqlı ticarət həcmlərinin artırılması imkanları və layihələrin birgı icrasını müzakirə ediblər.
“Məmmədov və Axmedhacayev iki ölkə arasında ticarətin artırılması ilə yanaşı, üçüncü ölkələrə birgə ixrac, eləcə də Özbəkistan məhsullarının Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etməklə ixracı, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirilən layihələrdə iştirakı imkanlarını müzakirə ediblər”, - “İnterfaka-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Həmçinin, nazir müavini görüşdə iştirak edən “Uzbekneftqaz” SC sədrinin transformasiya məsələləri üzrə birinci müavini Bexzod Usmanov energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
“Tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir. **
E.Şəfiyev