2022-ci ilin yanvar-iyun aylarında “Azər-Türk Bank” əməkdaşların sayını artırıb.
“İnterfaks-Azərbaycan” bankın yarımillik hesabatına istinadən məlumat verir ki, iyunun sonuna bankda 454 nəfər (2021-ci ilin sonuna 408 nəfər) çalışıb.
Beləliklə, 2022-ci ilin birinci yarısında bank ştatını 11,3% artırıb.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.**
X.Nəsirzadə