Sentyabrın 7-dən etibarən “Utair” aviaşrikəti Peterburqdan Bakıya reyslərin sayını artıracaq. Bu barədə “Şimal paytaxtın hava qapıları” MMC-nin mətbuat xidmətindən məlumat verilir.
“İnterfaks-Azərbaycan” hava limanına istinadən məlumat verir ki, “Utair” Pulkovo aeroportunfan Bakıya (Azərbaycan) reyslərin sayını həftədə 3 dəfədən 4 dəfəyə qədər artıracaq. Sentyabrın 7-dən aviaşrkət həftənin bazar ertəsi, çərşənbə günü, cümə axşamı və cümə günləri reyslər yerinə yetirəcək.
Cədvələ əssaən, Pulkovo aeroportundan Bakıya uçuş – saat 10:15-də, Sankt-Peterburqa geriyə reys - 19:45-də olacaq.
Cari il iyulun 5-dən “Utair” Peterburqdan Bakıya uçuşlara start verib.
Yay mövsümünün əvvəlindən Bakı Sankt-Peterburqdan ən populyar beynəlxalq istiqamətlərin onluğuna daxildir. **
R.Əhmədov