Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azrbaycanın müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda əlillərin və şəhid ailələrinin üzvləri üçün 206 mənzilin alışına dair tender elan edib.
Tenderin şərtlərinə əsasən, Göygöl, Salyan, Lənkəran rayonlarında, həmçinin Mingəçevir və Şirvan şəhərlərində 1-, 2- və 3 otaqlı mənzillərin satınalınması nəzərdə tutulur.
Tender iştirak haqqı nəzərdə tutulmayıb.
Şirkətərdən təkliflər 13 oktaybr saat 15:00-dək qəbul olunur. Təkliflər zərfi 14 oktyabr saat 15:00-da açılacaq.
Əlaqə telefonu: (+99412) 596-44-09. **
X.Nəsirzadə