Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (DTA) 2022-ci il ərzində xarici ölkələrdə keçiriləcək tədbirlərdə turizmlə bağlı təşkilati işlər və reklam kampaniyasının həyata keçirilməsi xidmətlərinin satın alınmasına 6 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən məlumat verir ki, DTA “Bakı Media Mərkəzi”MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri - 6 milyon 3 min 258, 89 manatdır. **
E.Şəfiyev