2022-ci ilin birinci yarısının yekunları üzrə “Azərbaycan Supermarket” MMC-nin zərəri 36,133 milyon manat təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, cəmiyyətin 2022-ci ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatına əsasən, bu dövrdə şirkətin gəlirləri 311,124 milyon manat, satışların maya dəyəri 254,225 milyon manat təşkil edib.
6 ay ərzində cəmiyyətin ümumi mənfəəti 56,899 milyon manat, kommersiya, ümumtəsərrüfat və inzibati xərcləri 66,109 milyon manat təşkil edib.
Nəticədə, əməliyyat xərcləri 9,743 milyon manat, maliyyə xərcləri 13,619 milyon manat, əsas vəsaitin amortizasiyası – 12,771 milyon manat təşkil edib.
Beləliklə, zərər 36,133 milyon manat təşkil edib.
“Azərbaycan Supermarket” MMC 2015-ci ilin fevral ayından fəaliyyət göstərir. Cəmiyyətin səhmdarları 3 hüquqi şəxsdir. İyunun sonuna MMC-də 4617 nəfər çalışır.
Şirkət ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışı seqmentində fəaliyyət göstərir. 2020-ci ilin sonuna şirkətin 66 satış nöqtəsi (3 hipermarket, 10 supermarket, mağaza və kafelər) mövcuddur. Cəmiyyətə məxsus hipermarketlər, supermarketlər və mağazalar “Bravo” ticarət markası altında fəaliyyət göstərir.**
X.Nəsirzadə