Çərşənbə günü Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş keçirilib.
“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib”, - Azərbaycan liderinin saytında məlumat verilir.
Bu, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin sayca dördüncü görüşüdür. Öncə onlar 2021-ci ilin dekabr ayında, cari ilin aprel və may aylarında görüş keçiriblər. **
R.Kərimov