Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihəsinin müzakirəsi məqsədilə bir ay ərzində Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün keçiriləcəyinin anonsunu verib.
“Bu gün Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi məsələsində irəliləyiş üzrə substantiv işin aktivləşməsinə dair razılığa gəldik və xarici işlər nazirlərinə bir ay ərzində mətnin layihəsinin hazırlanması üçün görüş keçirilməsinə ilə bağlı tapşırıq verdik”, - Aİ Şurası Mişelin çərşənbə günü Brüsseldə Azərbaycan, Ermənistan və Aİ başçılarının üçtərəfli görüşünün yekunlarına dair bəyanatından sitat gətirir.
Çərşənbə günü Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş baş tutub.
Bu, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin sayca dördüncü görüşüdür. Öncə onlar 2021-ci ilin dekabr ayında, cari ilin aprel və may aylarında görüş keçiriblər. **
R.Kərimov