Azərbaycan prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib ki, Bakıda Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Azərbaycanla Ermənistan arasında danışıqlarda rolunu yüksək qiymətləndirirlər.
“Biz prezident (Avropa İttifaqı Şurasının) Şarl Mişelin və onun komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası münasibətlərin normallaşmasına kömək etməsini yüksək qiymətləndiririk”, - Hacıyev çərşənbə günü Twitter hesabında yazıb.
Azərbaycan prezidentinin köməkçisi əlavə edib ki, prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib.
Çərşənbə günü Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş baş tutub.
Bu, Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin sayca dördüncü görüşüdür. Öncə onlar 2021-ci ilin dekabr ayında, cari ilin aprel və may aylarında görüş keçiriblər. **
R.Kərimov