Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel avqustun 31-də Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilən görüşü alqışlayıb.
“Sülh müqaviləsi ilə bağlı irəliləyiş üçün işləməyə davam etmək və humanitar və kommunikasiya sahələrində səyləri davam etdirmək vacibdir. Aİ sülhsevər, təhlükəsiz və firavan Cənubi Qafqazı fəal şəkildə dəstəkləməkdə davam edir”, - deyə o, “Twitter”də yazıb.*
E.Şəfiyev