Azərbaycanda koronavirus infeksiyasına 561 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 813 min 998-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 621 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 805 nəfər təşkil edir.
Virusa yoluxmuş 800 min 722 nəfər (sutka ərzində +648) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 471 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 71 (ötən gün 4 min 32 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 159 min 317 test aparılıb.*
B.Rüstəmbəyov