Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üçüncü iclası 2022-ci ilin dekabrında keçiriləcək.
“Birgə komissiyanın üçüncü iclası dekabrın ilk ongünlüyündə Podqoritsada keçiriləcək”, - deyə diplomatik mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, iclasda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Hökumətlərarası Komissiyanın əvvəlki iclası 2019-cu ilin iyun ayında Bakıda keçirilib.*
A.Əzizov