Azərbaycanda koronavirus infeksiyasına 437 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 814 min 435-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 561 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 813 nəfərə çatıb.
Virusa yoluxmuş 801 min 276 nəfər (sutka ərzində +554) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 346 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 191 (ötən gün 4 min 71 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 162 min 508 test aparılıb.*
B.Rüstəmbəyov