Baş nazirin müavini Şahin Mustafayev sentyabrın 2-də İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb, tərəflər birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
“Görüşdə iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələləri müzakirə edilib. İran və Azərbaycan arasında faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb”, - deyə İranın Azərbaycandakı səfirliyinin “Twitter” paylaşımında bildirilir.*
X.Nəsirzadə