Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə məlumat yayıb.
“Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub”, - deyə məlumatda bildirilir.
Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib.
“Hərbi qulluqçularımız arasında itki yoxdur”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.*
E.Şəfiyev