Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Bakı tərəfindən təklif olunmuş və İrəvanın qəbul etdiyi beş prinsip əsasında sülh sazişinin mətni üzərində praktiki danışıqlar aparacaqlar.
“Bu beş prinsip hər iki ölkənin ərazi bütövlüyünün tanınması, qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina, güc tətbiq etməmək və ya güclə hədələməmək, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasından ibarətdir. Bunlar Azərbaycan tərəfindən Ermənistana təklif olunmuş beş baza prinsipidir və Ermənistanın baş naziri onları qəbul edib. Bu, bir daha iki gün bundan əvvəl bizim Brüsseldəki görüşümüzdə təsdiq edilib. Bizim xarici işlər nazirləri həmin beş prinsip əsasında sazişin mətni üzərində praktiki danışıqlara başlayacaqlar”, - deyə İ.Əliyev bu gün İtaliyada jurnalistlərə bildirib.*
E.Şəfiyev