Prezident İlham Əliyev Azərbaycanın TAP-ın genişləndirilməsi ilə bağlı praktiki danışıqlara başladığını təsdiq edib.
“Nəzərə almaq lazımdır ki, bizim TAP-da payımız yalnız 20 faizdir. Digər səhmdarlar da razılığa gəlməli və birgə sərmayə layihəsini planlaşdırmalıyıq. Biz artıq praktiki danışıqlara (TAP-ın genişləndirilməsi ilə bağlı) başlamışıq”, - deyə dövlət başçısı bu gün İtaliyada jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, TAP-ın ötürmə qabiliyyətinin iki dəfə - 20 milyard kubmetrə qədər artırılması üçün lazımdır.
“Bunu isə tezliklə etmək lazımdır. Çünki biz Avropa Komissiyası ilə razılığa gəlmişik ki, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz ixracını iki dəfə - 20 milyard kubmetrə qədər artıraq. TAP genişləndirilməsə, bu, mümkün olmayacaq. Beləliklə, biz ilk olaraq bunu etməli, daha sonra isə müqavilələrlə bağlı danışıqlara başlamalıyıq”, - deyə İ.Əliyev vurğulayıb.*
E.Şəfiyev