Azərbaycan, İran və Rusiya nümayəndələri gələn həftə Bakıda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini və Rəşt-Astara dəmir yolu layihəsini müzakirə edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İran mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, sentyabrın 2-də Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və İranın Bakıdakı səfiri Abbas Musəvi qarşıdakı üçtərəfli görüşü müzakirə ediblər.
Avqustun 28-də İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirmişdi ki, Azərbaycan, İran və Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə birgə sərmayə ayırmaq niyyətindədir. Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək görüşdə sərmayə qoyuluşu məsələsi müzakirə olunacaq.*
R.Kərimov