Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri ümumilikdə 19 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.
Bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib.
Digər 3 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla qeydə alınıb.
“Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, - deyə məlumatda bildirilir.*
R.Kərimov