Prezident İlham Əliyev bildirib ki, İtaliya-Azərbaycan Universitetinin binası 2024-cü ilin sonunadək hazır olacaq.
“Gözəl məkanda yerləşən universitet binası inşa edilməkdədir və 2024-cü ilin sonunadək hazır olacaq”, - deyə dövlət başçısı İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.
İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi 2022-ci il aprelin 2-də Bakıda keçirilib.*
R.Kərimov