Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında” sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş sərəncama əsasən, Nazirlər Kabinetinə Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirmək tapşırılıb.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.
Binanın 1-ci və 2-ci mərtəbələri Azərbaycan Mədəniyyət Mərkəzi, 3-5-ci mərtəbələri isə səfirlik üçün nəzərdə tutulub.*
R.Kərimov