Azərbaycanda koronavirus infeksiyasına 612 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 815 min 47-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 437 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, sutkalıq yoluxma sayı 40%-dək artıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər (ötən gün 8 nəfər) vəfat edib.
Ölənlərin ümumi sayı 9 min 822 nəfərə çatıb.
Virusa yoluxmuş 801 min 707 nəfər (sutka ərzində +431) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 518 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 25 (ötən gün 3 min 191 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 166 min 533 test aparılıb.*
R.Kərimov