Atıcılıq üzrə Dünya Çempionatı 2023-cü ildə Bakıda keçiriləcək. Bu barədə Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) bu gün yaydığı məlumatda deyilir.
Yarışlar 2022-ci ilin avqust ayında Rusiyada keçirilməli idi, lakin ISSF-in İcraiyyə Komitəsi 2021-ci ildə Ümumdünya Antidopinq Agentliyinin israrlı çağırışlarından sonra yarışların Rusiyada keçirilməməsi ilə bağlı qərar qəbul edib.*
R.Kərimov