Azərbaycanın cənubunda turist avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Bu barədə yerli KİV-lər məlumat yayıb.
Hadisə Lənkəran-Lerik avtomobil yolunun Günəşli kəndi ərazisindən keçən hissəsində baş verib.
Hadisə zamanı avtobusda 50 nəfər olub. Yaralılar bölgə xəstəxanasına aparılır.*