Azərbaycanın cənubunda turist avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Bu barədə yerli KİV-lər məlumat yayıb.
Daha əvvəl Lənkəran-Lerik avtomobil yolunun Günəşli kəndi ərazisindən keçən hissəsində baş vermiş qəzada 5 nəfərin öldüyü və 10 nəfərin yaralandığı barədə məlumat verilmişdi.
Hadisə zamanı avtobusda 50 nəfər olub. Yaralılar bölgə xəstəxanasına aparılır.*