“Malaysia Airlines” aviaşirkətinin London-Kuala-Lumpur reysini həyata keçirilən təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib. Bu barədə aeporotrun mətbuat xidmərindən məlumat verilib.
“Malaysia Airlines” aviaşirkətinə məxsus London-Kuala-Lumpur reysini həyata keçirilən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürəktutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib”, - məlumatda deyilir.
Aeroportun məlumatına görə, sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. **
N.Abbasova