Qazaxıstanın “KazMunayQaz” neft şirkəti SOCAR ilə neft nəqlinin variantlarına dair danışıqları davam etdirir. Bu barədə “İnterfaks-Qazaxıstan”a Qazaxıstan Eneregtika Nazirliyindən məlumat verilir.
“Qazaxıstan nüftinin ixracının gələcəkdə şaxələndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisi ilə nəqlinə dair Qazaxıstan Energetika Nazirliyi və “KazMunayQaz” Azərbaycan tərəfi ilə danışıqlara başlayıb”, - nazirlikdən xatırladıblar.
Nazilriyin nümayəndəsinin sözlərinə görə, hazırda “KazMunayQaz” neft nəqlinin müxtəlif variantları ilə bağlı SOCAR və Qazaxıstanın neft şirkətləri ilə müzakirələri davam etdirir. **