Azərbaycan Xarici İşlər Nazirliyi Kabildəkı Rusiya səfirliyinə terror hücumunu pisləyib.
“5 sentyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində iki rus diplomatının, habelə əfqan vətəndaşlarının vəfat etməsi xəbərini kədərlə qarşılayırıq. Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbul edilməzdir”, - XİN-in bəyanatında deyilir.
Azərbaycan XİN “terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir və yaralıların tezliklə sağalmasını diləyir”. **
E.Şəfiyev