Bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusunun mövqelərinin yenidən atəşə tutulması barədə məlumat verib.
“Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
MN-dən qeyd ediblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. **
X.Nəsirzadə