“Rosoboroneksport” Azərbaycanın paytaxtı Bakıda keçiriləcək ADEX 2022 beynəlxalq müdafiə sənayesi sərgisində birgə Rusiya ekspozisiyasını təşkil edir. Bu barədə şirkətdən məlumat verilib.
“Bakıda Rusiyanın aparıcı müəssisələrinin uzunmüddətli mehriban qonşuluq münasibətlərimiz olan Xəzər regionu ölkələri üçün müdafiə məhsullarını nümayiş etdiririk. 2022-ci ildə Rusiya ekspozisiyasında bütün növ silahlı qüvvələr və hərbi bölmələr, xüsusi təyinatlı və polis bölmələri üçün 500-ə yaxın nümunə təqdim edəcəyik, mülki məhsulların geniş çeşidini nümayiş etdirəcəyik”, - şirkətin saytında “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyevin sözlərindən sitat gətirilir.
“Rosoboroneksport”un ekspozisiyasında “Tiqr” xüsusi zirehli maşın və mina əleyhinə zirehli maşının nümunələri, habelə sərhədlərin və mühüm obyektlərin mühafizəsi üçün texniki vasitələr, o cümlədən avtonom mobil postlar və texniki və video-televiziya müşahidə kompleksləri nümayiş etdiriləcək.
“Ümumilikdə, ADEX 2022-də Rusiya ekspozisiyasında 20-dən artıq sənaye müəssisəsi iştirak edir, onlardan 6-sı öz stendlərində işlərini təqdim edəcək”, - şirkətdən məlumat verilir.
Sərgi zamanı "Kalaşnikov" konserni hərbi məhsulların bütün xəttini və mülki atıcı silahların nümunələrini, ümumilikdə 30-dan çox adda məhsul təqdim edəcək. “Hərbi atıcı silahlar baxımından konsern AK yüzüncü və iki yüzüncü seriyalarını və "Ratnik" məhsul xəttini təqdim edəcək”, - bazar ertəsi “Kalaşnikov”un mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 6-dan 8-dək Bakıda ADEX 2022 sərgisi keçiriləcək. **