RF prezidenti Vladmir Putin Şərq İqtisadi Forumu çərçivəsində Vladivostok şəhərinə dəvət olunan xarici liderlərlə ikitərəfli görüşlər keçirəcək, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları planlaşdırılıb.
Prezidentin köməkçisi Yuri Uşakov brifinqdə jurnalistlərə məlumat verib ki, görüşdə Putin və Paşinyan Rusiya-Ermənistan münasibətlərinin əsas əspektlərini, ticari-iqtisadi əməkdaşlığın inkişafı perspektivlərini, o cümlədən, aktual regional mövzuları müzakirə edəcəklər.
Müzakirə mövzularından biri də Qarabağ olacaq. “Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında liderlərin üçtərəfli razılıqları əsasında hərtərfəli köməyi davam etdirir”, - Uşakov qeyd edib. **