Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.6909 manat/1EUR səviyyəsində (sentyabrın 5-nə 1.6833 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0277 manat/1RUB səviyyəsində (sentyabrın 5-nə 0.0282 manat/1RUB) müəyyən edib.
Sentyabrın 6-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0933 manat/1TRY səviyyəsində saxlanılıb.*
B.Rüstəmbəyov