Minatəmizləmə Agentliyi (ANAMA) nəqliyyat vasitələrinin satın alınmasına 2,8 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, ANAMA ümumi dəyəri 2 milyon 816,8 min manat olan iki müqavilə bağlayıb.
Üçoxlu avtobusların satın alınması haqqında 1 milyon 316,8 min manat dəyərində birinci müqavilə Gəncə Avtomobil Zavodu ilə bağlanıb.
Tibbi yardım nəqliyyat vasitələrinin satın alınması haqqında ikinci müqavilə “Azermash Group” şirkəti ilə bağlanıb.
Müqavilənin dəyəri 1,5 milyon manat təşkil edir.*
B.Rüstəmbəyov