Hökumətlərin və əlaqəli agentliklərin hava, dəniz və yerüstü texnika parklarının qorunması üçün innovativ həll və texnologiyaların qlobal təchizatçısı olan “BIRD Aerosystems” şirkəti bu gün Bakıda öz işinə başlamış "ADEX-2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində raket əleyhinə müdafiə sistemləri (AMPS) sahəsində ən son məhsullarını, o cümlədən ən yüngül infraqırmızı cavab tədbiri sistemini (DIRCM SPREOS) təqdim edib.
Şirkət qeyd edir ki, AMPS real şəraitdə sınaqdan keçirilib və artıq bütün dünyada yüzlərlə uçuş aparatlarında, o cümlədən Mİ-17 helikopterlərində quraşdırılıb.
“Döyüş şəraitində sınaqdan keçirilmiş AMPS sistemi artıq yüzlərlə helikopterdə və uçuş aparatında ən təhlükəli regionlarda, o cümlədən Mİ-17 helikopterlərində tətbiq olunur. Sistem uçuş aparatlarının təkmilləşdirilmiş müdafiəsini təmin edir”, - deyə “BIRD Aerosystems” şirkətinin həmsədri və təsisçisi Ronen Faktor bildirib.*
R.Əhmədov