Dövlət Turizm Agentliyi (DTA) Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpasına (44 ev) 4,4 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, “Maqro Construction” şirkətinin Azərbaycandakı filialı ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 4 milyon 397,618 min manatdır.*
B.Rüstəmbəyov