Azərbaycan, Hindistan və BƏƏ-nin iri müəssisələrinin Rusiyanın kiçik biznes məhsullarına tələbatı “msp.rf” rəqəmsal platformasında yerləşdirilib.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda “msp.rf” rəqəmsal platformasının “İstehsal kooperasiyası və satış” xidməti 29 xarici şirkətin tələbatını əks etdirir.
Xidmət Rusiyanın kiçik və orta müəssisələrinin yeni satış bazarlarına çıxmasına, xarici müəssisələrin isə Rusiyanın bütün regionlarından KOS sahəsində yoxlanılmış təchizatçılar tapmasına imkan verir.
Azərbaycan və BƏƏ müəssisələri tikinti materiallarına maraq göstərir.
“İstehsal kooperasiyası və satış” xidməti 2022-ci ilin aprel ayında istifadə verirlib, may ayında Belarusun ən iri sənaye müəssisələri platformaya qoşulub. “msp.rf” rəqəmsal platforması İqtisadi İnkişaf Nazirliyi ilə birgə həyata keçirilir.*
R.Əhmədov