Azərbaycanın Kişineudakı səfiri Qüdsi Osmanov Moldovanın Kənd təsərrüfatı məhsulları ixracatçıları və istehsalçıları Assosiasiyasının prezidenti İqor Qriqoryevlə görüşüb, tərəflər Moldova buğdasının Azərbaycana tədarükü mümkünlüyünü müzakirə ediblər.
“Azərbaycanın Dövlət Ehtiyatları Agentliyi Moldovadan 100 min ton ərzaqlıq buğda tədarükü ilə bağlı müraciət edərək, qarşılığında kənd təsərrüfatı ehtiyacları üçün gübrə təklif edib. Tədarük 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayına qədər, yəni ayda 20 min ton buğda olmaqla həyata keçirilməlidir”, - deyə Qriqoryev Moldova mətbuatına bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycandan Moldovaya təbii qaz tədarükü məsələsi, habelə payızda Bakıda keçiriləcək Moldova-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının iclasına hazırlıq hökumətlərarası səviyyədə müzakirə olunur.*
E.Şəfiyev