Azərbaycan ötən ildən indiyə kimi Bolqarıstanı 555 milyon kubmetr təbii qazla təchiz edib. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
Pərviz Şahbazov sentyabrın 6-da Bakıda Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə görüşüb.
“Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) hazır olmasa da, Azərbaycan ötən ildən indiyə kimi bu ölkəni 555 milyon kubmetr təbii qazla təchiz edib. Bu ilin iyul ayından Bolqarıstana gündəlik qaz nəqli 2,6 milyon kubmetrə yüksəlib”, - deyə nazir bildirib.
Görüşdə, həmçinin Azərbaycanın Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalı və ixracı ilə bağlı planları və “yaşıl enerji”nin Avropaya ixrac perspektivləri, eləcə də enerji sahəsində digər istiqamətlər üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov