Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 7-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 7-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.6824 manat/1EUR səviyyəsində (sentyabrın 6-na 1.6909 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 7-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0277 manat/1RUB səviyyəsində saxlayıb.
Sentyabrın 7-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0932 manat/1TRY səviyyəsində (sentyabrın 6-na 0.0933 manat/1TRY) müəyyən edilib.**