Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və beynəlxalq cəmiyyətin Ukrayna ətrafında vəziyyətə diqqətinin yönəlməsi ilə bağlı Cənubi Qafqazda vəziyyətin mümkün gərginləşməsi ilə əlaqədar narahatlıq ifadə edib.
Həmçinin, Paşinyan Qarabağ məsələsində və Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin təşkilində Rusiyanın rolu barədə bəyan edib.
“Rusiyanın Ukrayna məsələsi ilə çox məşğul olduğunu və bundan vəziyyətin sabitliyini pozmaq üçün istifadə oluna biləcəyini düşünən qüvvələr var. Ermənistanı Moskvada qərbyönümlü, Avropada isə Rusiyayönümlü hökumət kimi təqdim etmək üçün böyük enerji sərf edən və bundan regionda sabitliyin pozulmasına haqq qazandırmaq üçün amil kimi istifadə edən qüvvələr var. Şadam ki, biz bu məsələlərlə bağlı tərəfdaşlarımızla sıx dialoq aparırıq, beynəlxalq gündəmdəki bütün məsələlərlə bağlı mövqeyimizi aydınlaşdırmağa çalışırıq. Rusiya ilə münasibətlərimiz olduğu kimi, strateji müttəfiqlik səviyyəsində qalmaqdadır. Rusiya – Ermənistanın təhlükəsizliyinin əsas amilidir”, - Ermənistanın baş naziri bəyan edib. **