“Optimal Finance” BOKT 2 milyon manatlıq istiqrazların emissiyasını planlaşdırır.
“İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan (AMB) məlumat verilib ki, emissiya bir qiymətli kağızın nominalı 100 manat olan 20 min istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti – 18 ay, kupon dərəcəsi – illik 13% (kupon ödənişi hər 90 gündən bir həyata keçirilir) təşkil edir.
Yerləşdirmənin anderrayteri qismində “AzFinance İnvestisiya Şirkəti” QSC çıxış edir.
İstiqrazların yerləşdirilməsindən vəsaiti “Optimal Finance” əhalinin kreditləşməsinin artırılmaslna yönəltməyi planlaşdırır, bununla da bazarda mövqeyini möhkəmləndirməyə ümid edir.
“Optimal Finance” 14 sentyabr 2020-ci ildə dövlət qeydiyyatından keçib, 29 dekabr 2020-ci ildə fəaliyyət lisenziyası alıb. 1 iyul 2022-ci il tarixinə BOKT-un nizamnamə kapitalı 1 milyon manata bərabərdir. 30 iyun 2022-ci il tarixinə BOKT-un aktivləri 1,5 milyon manata bərabərdir. **
R.Əhmədov