ABŞ Dövlət katibinin Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Riker bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək, bu cür səfərləri müntəzəm həyata keçirmək planlaşdırılır. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel məlumat verib.
“Qafqazda danışıqlar üzrə baş müşavirimiz, səfir Riker bu həftə regiona (Cənubi Qafqaz - İF) səfər edəcək, bu, onun həmin rolda ilk səfəri olacaq. Bu səfərlərin müntəzəm olacağını gözləyirik. Riker Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək, regiondakı əsas məsələləri müzakirə etmək, o cümlədən tərəfdaşlara kömək etmək yollarını tapmaq və həll olunmamış məsələlərin həlli və regional əməkdaşlığın davam etdirilməsi üçün birbaşa və konstruktiv şəkildə məşğul olmaq üçün yüksək vəzifəli şəxslərlə görüşəcək”, - Patel brifinqdə deyib.
Jurnalistin Brüsseldə keçirilən görüşdə (avqustun 31-də Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurasının prezidentinin üçtərəfli görüşü - İF) ABŞ-ın nümayəndəsinin olmaması ilə bağlı suala cavabında Patel vurğulayıb ki, bu prosesə ABŞ deyil, Aİ rəhbərlik edir. **
E.Şəfiyev