RF-nin Novosibirsk vilayəti Azərbaycana biznes missiya göndərməyi planlaşdırır. Bu barədə regionun iqtisadi inkişaf naziri Lev Reşetnikov bəyan edib.
“Bu gün biz beynəlxalq bazarda regionun təmsil edilməsi ilə fəal məşğuluq. Cari ildə məhsullarımız və xidmətlərimiz Moskva, Qazaxıstan, Azərbaycan, Belarusda beynəlxalq sərgilərdə və yarmarkalarda təqdim edilib”, - Reşetnikov bildirib.
“İnterfaks-Azərbaycan” Rusiya mətbuatına istinadən məlumat verir ki, nazirin sözlərinə gör, bu il artıq BƏƏ, Monqolustan, Belarus, Qırğızıstana biznes missiyalar keçirilib.
“Sentyabr üçün planlara Qazaxıstan, Türkiyə, Hindistanda nəqliyyat və logistikaya həsr olunan beynəlxalq sərgilərdə iştirak daxildir. Mütəxəssislərimiz və iş adamlarımız yeni logistika zəncirləri təşkil etmək üçün ora səfərlər edəcəklər. Bundan əlavə, Azərbaycan və Özbəkistana biznes missiyaların təşkili planlaşdırılır”, - Reşetnikov əlavə edib. **
R.Əhmədov