Rusiyanın “Utair” aviaşirkəti sentyabrda Samaradan Bakıya uçuşların sayını həftədə ikidən üç dəfəyə qədər artırır. Bu barədə “İnterfaks-Azərbaycan” avadaşıyıcının saytına istinadən məlumat verir.
İndi reyslər həftənin cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.
Cıdvələ əsasən, Samara beynəlxalq aeroportundan Bakıya uçuş 13:00-da, Samaraya dönüş – saat 16:25-də yerinə yetiriləcək.
Bundan əlavə, xəbər verildiyi kimi, sentyabrın 7-dən şirkət Sankt-Peterburqdan Bakıya uçuşların sayını həftədə 4-dək artırır.
“Biz görürük ki, Azərbaycana təkcə Moskvadan deyil, həm də regionlardan turist axını stabil artır. Biz sərnişinlərin səyahətini daha da rahat etmək üçün yeni və əlavə reyslər tətbiq edirik. Hazırda şirkət Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya birbaşa uçuşlar yerinə yetirir. Həmçinin “Utair” cədvəlində Gəncə və Naxçıvana da uçuşlar var”, - “Utair- Sərnişin hava xəttləri”nin prezidenti Oleq Semenov qeyd edib.
“Utair” RF-nin ən iri aviaşirkətlərinin onluğuna daxildir. **
N.Abbasova