Azərbaycan prezidenti İlham Əliyev Zəngilan və Kəlbəcər şəhərlərində iki məktəb binasının layihələndirilməsi və tikintisinə 600 min manat ayırıb.
Dövlət başçısının sərəncamına əsasən, məktəbin hər birinin binasının layihələndirilməsi və tikintisi üçün Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.
Vəsait Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən ayrılacaq.
Sərəncamların mətni dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov