Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600 min manat vəsait ayırmağı tapşırıb.
Vəsait Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən ayrılacaq.
Müvafiq sərəncam çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
E.Şəfiyev