Azərbaycanda koronavirus infeksiyasına 502 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 816 min 589-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 492 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 9 min 838 nəfərə çatıb.
Virusa yoluxmuş 803 min 562 nəfər (sutka ərzində +611) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 189 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 343 (ötən gün 4487 min test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 180 min 867 test aparılıb.**
X.Nəsirzadə