2021-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yanında “MİDA” MMC-nin xalis mənfəəti 1 milyon 509,21 min manat təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 3,5 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MMC-dən məlumat verilib.
Agentliyin saytında dərc olunan cəmiyyətin auditdən keçmiş maliyyə hesabatına əsasən, 2021-ci ilin yekunları üzrə MİDA-nın əməliyyat zərəri 2 milyon 358,143 min manat (2020-ci illə müqayisədə artım 47,1%) təşkil edib. Bununla belə, ötən il ərzində maliyyə gəlirləri 10 milyon 176,37 min manat (artım 1%) məbləğində olub.
2021-ci ildə Agentlik mənfəət vergisi üzrə ödənişlər həyata keçirməyiblər.
1 yanvar 2022-c il tarixinə cəmiyyətin aktivləri 535 milyon 533,858 min manata (artım 48,1%), o cümlədən qısamüddətli aktivləri 317 milyon 763,044 min manata (artım 31,5%), uzunmüddətli aktivləri 217 milyon 770,813 min manata bərabərdir (artım 1,8 dəfə).
2021-ci ilin sonuna MİDA-nın öhdəlikləri 49 milyon 798,874 min manat təşkil edib.
Agentliyin kapitalı 485 milyon 734,984 min manata (artım 41,2%), həmçinin, nizamnamə kapitalı – 100 milyon manat (dəyişməyib), bölüşdürülməmiş mənfəəti 15 mln. 87,684 min manata (artm 11,1%), dövlət büdcəsindən daxilolmalar 370 mln. 647,3 manata bərabərdir (artım 1,6 dəfə).
“MİDA” MMC 2016-cı ilin aprel ayında yaradılıb. MİDA-nın yaradılmasının əsas məqsədi ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə icazə vermək, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təmin etməkdir.**
X.Nəsirzadə