Azərbaycanda keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində hərbi pilotlar hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərə havadan zərbə endirmə tapşırıqlarını yerinə yetiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Senariyə əsasən, şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib”, - nazirliyin məlumatında deyilir. **
R.Kərimov