Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 3 milyard 767 milyon 61 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-avqust aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 milyard 810 milyon 55,3 min manat təşkil edib. Beləliklə, 2022-ci ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 34% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 712 milyon 874,7 min manat (artım 41,8%), aksizlər üzrə 106 milyon 325,8 min manat (artım 0,9%), yol vergisi üzrə 42 milyon 89,5 min manat (artım 49,8%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 905 milyon 770,7 min manat (artım 18,8%) məbləğində olub.
2022-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard 605 milyon manat təşkil edir.*
B.Rüstəmbəyov